BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura Suriyada münaqişəsinin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin nümayəndəsi Yəhya əl-Əridi bildirib.
“Staffan de Mistura tərəflərə Konstitusiya, seçkilər və keçid hakimiyyətinin qurulması üzrə birgə işçi qrupların yaradılmasını təklif edib”, deyə Y.əl-Əridi qeyd edib.
Onun sözlərinə görə, hazırda danışıqların iştirakçıları rəsmi Dəməşqin təklifə cavabını gözləyirlər.
Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqlar davam edir.