BMT Təhlükəsizlik Şurası bu gün Qəzzada yaranmış vəziyyəti müzakirə edəcək.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.
“İclas yerli vaxtla saat 10:00-da başlayacaq”, məlumatda deyilir.
Ötən axşam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Küveyt Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar Şuranın təcili iclasını çağırıb.
Qeyd edək ki, ötən gün Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.