Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib
# 13 fevral 2017 23:37 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

 

APA-nın məlumatına görə, bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

 

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

 

“Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsini pozub. BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”, sənəddə vurğulanıb.

 

BMT TŞ 2016-cı il, martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna baxmayaraq  Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir. 


Xatırladaq ki, fevralın 12-də  Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.  Phönan-Pukto əyalətindəki  kosmodromdan buraxılan  raket 500 km uçaraq, Yapon dənizinə düşüb.  Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR