Bank Of Baku

Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib

Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
# 08 iyul 2026 01:56 (UTC +04:00)

Pakistan sahillərində K2 Airways aviaşirkətinə məxsus yük daşıyan "Boeing 737" təyyarəsi ilə əlaqə itib.

"Associated Press"in məlumatına görə, təyyarə BƏƏ-nin Şarja şəhərindən Pakistanın Kəraçi şəhərinə yük reysi yerinə yetirirdi.

Ərəb dənizi üzərində olarkən təyyarə sürətlə hündürlük itirib, istiqamətini dəyişib və daha sonra radar ekranlarından itib.

Ekipaj əlaqə kəsilməzdən əvvəl naviqasiya sistemində nasazlıq yarandığını bildirib.

Təyyarənin göyərtəsində beş nəfər olub. Pakistanın Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR