Rusiya Silahlı Qüvvələri Odessaya kaset döyüş başlıqlı ballistik raketlə zərbə endirib.
"RBK-Ukraina" xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində altı nəfər yaralanıb.
Zərbə nəticəsində istehsalat müəssisəsinin ərazisində yerləşən bina və avtomobillər yanıb.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.