Bank Of Baku

BTC-dən neft oğurlanıb

BTC-dən neft oğurlanıb
# 30 may 2017 11:57 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas Txrac Boru Kəmərinin Türkiyədən keçən hissəsində oğurluq olub.

 

APA-nın “bolgegundem.com” saytına istinadən verdiyi məlumata görə, oğurluq Adana rayonunun Sarıçam qəsəbəsinə bağlı Baklalı məhəlləsində qeydə alınıb. Taxıl zəmisində 1 metr yer qazılıb və həmin ərazidən keçən kəmər deşilib.  Bir çən xam neft oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

BTC-nin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətindən isə "APA-Economics"ə bildirilib ki, hadisənin qeyd edilən boru xəttinə aidiyyəti yoxdur: "BTC öz normal rejimi ilə çalışır və hazırda Azərbaycan neftini daşımaqdadır. Bu hadisə digər bir boru kəmərində baş verib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR