Bank Of Baku

Bu gündən dünyanın aparıcı peykləri İran telekanallarının yayımını dayandırıb

Bu gündən dünyanın aparıcı peykləri İran telekanallarının yayımını dayandırıb
# 01 iyul 2013 11:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gündən etibarən Qərb ölkələrinin əksər peyk şirkətləri İran Radio və Televiziya Təşkilatına (İRİB) məxsus kanalların yayımını tamamilə dayandırıb.

 

APA-nın “Press TV”yə istinadən məlumatına görə, həmin şirkətlər bu addımlarını İrana qarşı tətbiq edilmiş sanksiyalarla əsaslandırıblar. Belə ki, “Hotbird B-13”, “Eutelsat C-25”, “Eutelsat B21”, “Eutelsat 8 Wi”, “İntelsat 20”, “Qalaktika 19” və “Optus D-2” peykləri İranın ingilis dilində yayımlanan “Press TV”nin, “Eutelsat 8”, “Eutalsat 7” və İntelsat 21” İRİB-in ispan dilində yayımlanan telekanalının, “Eutelsat 8” isə ərəb dilində yayımlanan “əl-Aləm” kanalının yayımını dayandırıblar. Bundan əlavə, ərəb və ingilis dillərində filmlər nümayiş etdirən “İFİLM” və ərəb dilində yayımlanan “əl-Kövsər” telekanalları “Horbird B-13”, “Eutelsat C-25”, “Eutelsat B-21”, “Eutelsat 7”, “İntelsat 20”, “Optus D-2” peyklərindən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR