Bank Of Baku

Cavad Zərif: “Nüvə proqramı ilə bağlı danışıqlarda noyabra qədər razılığa gələcəyimiz gözlənilmir”

Cavad Zərif: “Nüvə proqramı ilə bağlı danışıqlarda noyabra qədər razılığa gələcəyimiz gözlənilmir”
# 15 avqust 2014 10:36 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının 5 üzv-ölkəsi və Almaniya) ölkələrinin təyin olunmuş dörd aylıq danışıqlar müddətinin sonuna qədər razılığa gələcəyi ehtimal olunmur.

 

APA-nın İTAR- TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif bildirib. O deyib ki, 4 aylıq danışıqlar müddəti bu il noyabrın 24-də bitəcək: “Hətta İran və onun danışıqlardakı tərəfdaşları İranın nüvə proqramı ilə bağlı əhatəli razılığa gəlsələr belə, sazişin detallarını müzakirə etmək üçün yenə də vaxt tələb olunacaq”.

 

Zərif qeyd edib ki, qarşı tərəf irəli addımlasa da, bu addımlar çox ləng atılır.

 

Ötən ilin 24 noyabr tarixində Cenevrədə ümumi razılığa gəlinmişdi ki, İranın nüvə proqramı ilə bağlı dövri danışıqlar başlasın. İyulun 20-nə qədər danışıqlar bitməli və saziş bağlanmalı idi, lakin ciddi nəticə əldə olunmadığından, danışıqların vaxtı 24 noyabr tarixinə qədər uzadılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR