Bank Of Baku

Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ilkin mərhələsi keçirilib - FOTO

Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ilkin mərhələsi keçirilib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 07:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Noyabrın 20-də Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçirilib.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, M.C.Zərif və K.Eşton əvvəlki müzakirələrlə bağlı fikir mübadiləsi aparıb, həmçinin danışıqların əsas gündəmini təşkil edən son razılaşma mətni ilə bağlı da müzakirələr aparıblar. Bundan sonra İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri öz işinə başlayıb.

 

Danışıqlardan sonra jurnalistlərə açıqlama verən İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bildirib ki, müzakirələr ümidvericidir: “Danışıqlar noyabrın 21-də davam etdiriləcək. Tərəflər əsasən son razılaşma mətni üzərində müzakirələr aparacaqlar. Bu müzakirələr əvvəlkilərinə nisbətən daha çətin keçəcək. Ancaq bütün vəziyyətlərdə ilk şey etimad mühitinin yaradılmasıdır, bundan sonra ixtilaflar mövzusu müzakirə ediləcək”.

 

Onun sözlərinə görə, İranın razılığa gəlməsi üçün “qırmızı xətt”lərindən biri olan uranın zənginləşdirilməsi haqqı qorunması əsas məsələdir: “Biz uranın İran torpaqlarında zənginləşdirilməsi mövzusundan imtina etməyəcəyik. İranın nüvə məsələsində “qələbədən qələbəyə” prinsipi çərçivəsində apardığı müzakirələrdə tərəflər arasında əldə olunacaq razılaşma ilə böyük ehtimalla ölkəmizin bank və maliyyə, neft sektoruna tətbiq edilmiş sanksiyaların aradan qaldırılması mövzusunda zəmanət veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR