APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bərənin göyərtəsində olan yeniyetmə oğlan atasına sms göndərib, özündən başqa daha bir neçə nəfərin sağ qaldığını bildirib və kömək diləyib.
Qeyd edək ki, hadisə baş verən an bərədə 477 nəfər olub. Xilasedicilər hələ ki 180 sərnişini xilas edə biliblər, 290 nəfər itkin düşmüş hesab edilir.
İlkin məlumata görə, gəmi qatı duman şəraitində sualtı qayaya çırpılıb.