Bank Of Baku

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir
# 09 may 2017 00:44 (UTC +04:00)

Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.

 

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb.

 

Rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

 

Qeyd edək ki, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR