Bank Of Baku

Çində 30-dək insan daşqınların qurbanı olub

Çində 30-dək insan daşqınların qurbanı olub
# 16 avqust 2014 17:58 (UTC +04:00)

Bakı-APA. Çinin cənubunda tüğyan edən leysan yağışlar və daşqınlar nəticəsində azı 27 nəfər ölüb, 84 min nəfər isə təbii fəlakət zonasından təxliyə edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 18 nəfər Quyçou əyalətində, 7 nəfər – Tszyansi və 2 nəfər isə Futszyan əyalətində ölüb.   

 

Avqustun 10-dan 14-dək Çinin cənubunda yerləşən 7 rayona yağan leysan yağışlar nəticəsində, ümumilikdə, 770 min nəfər zərər çəkib. Tək  Quyçou əyalətində  379 min insana ziyan dəyib, 2 mindən çox ev uçub, 4500 hektar əkin sahələri su altında qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR