Bank Of Baku

Çində baş verən zəlzələ nəticəsində 180 bina dağılıb - YENİLƏNİB-1

Çində baş verən zəlzələ nəticəsində 180 bina dağılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 11 may 2017 04:34 (UTC +04:00)

Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 8 nəfər  ölüb, azı 20 nəfər xəsarət alıb.

 

Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı  8 km dərinlikdə yerləşib.

 

***

 

05:08

 

Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.

 

Yerli vaxtla saat 01:00-da qeydə alınan zəlzələnin episentri Taşkurqan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib. 

 

***

 

 

04:49

 

 

Çində 5,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Sincan Uyğur Muxtar Rayonunda qeydə alınıb.

 

Hadisə nəticəsində 4 nəfər ölüb, yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata əsasən, zəlzələ dağıntılara səbəb olub. Ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin divarları uçub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR