Bakı-APA. Çinin şimal-şərqində və cənub-şərqində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 105 nəfərə çatıb, 115 nəfər isə itkin düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aramsız yağan yağışlar Çinin nəqliyyat infrastrukturuna ciddi zərbə vurub. Çinin dəmir yollarında 80 mindən çox adam qalıb. Torpaq uçqunu təhlükəsi üzündən həmçinin Pekin-Quançjou dəmir yolu magistralı bağlanıb.
Daşqınların nəticələrinin aradan qaldırılması işlərinə 2800 əsgər cəlb olunub.