Bank Of Baku

Çində quş qripindən ölənlərin sayı 21 nəfərə çatıb

Çində quş qripindən ölənlərin sayı 21 nəfərə çatıb
# 22 aprel 2013 18:07 (UTC +04:00)

Bakı-APA. Çində martın sonlarında ilk dəfə insanda aşkarlanmış H7N9 quş qripinin qurbanlarının sayı 21 nəfərə çatıb. Bu gün Şanxayın daha bir sakini bu xəstəlikdən keçinib. APA-nın xəbərinə görə, bu barədə Çinin səhiyyə və doğuşun planlaşdırılması komitəsi məlumat yayıb.

 

Həlak olanlardan 12 nəfəri Şanxay sakinidir. 5 nəfər Çjetszyan, 3 nəfər Tsyansu və 1 nəfər Anhoy əyalətlərində həlak olublar.

 

Komitənin məlumatına əsasən, hazırda Çində bu virusa yoluxanların sayı 104 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR