Bakı-APA. Çinin şimal-şərqində kömür şaxtasında baş vermiş qaz partlayışı nəticəsində 18 nəfər ölüb, 12 fəhlə isə xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Qirin vilayətindəki “Tsinsin” mədənində baş verib. Hadisə baş verən an şaxtada 73 fəhlə olub.
Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.