Bank Of Baku

Çində terror aktı nəticəsində 37 nəfər ölüb, 59 terrorçu məhv edilib

Çində terror aktı nəticəsində 37 nəfər ölüb, 59 terrorçu məhv edilib
# 03 avqust 2014 02:30 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə,  terror aktı nəticəsində 37 mülki şəxs ölüb, daha 13 nəfər isə yaralanıb. Terrorçuların üzərindən çoxlu sayda bıçaq və balta, həmçinin “müqəddəs  savaşa” çağıran plakatlar götürülüb.  

 

Qeyd edək ki, terror aktı iyulun 29-da törədilib, lakin qurbanların dəqiq sayı bu gün məlum olub. Xatırladaq ki, həmin gün balta və bıçaqla silahlanmış bir qrup şəxs Elisku şəhərində polis şöbəsinə və bir neçə inzibati binaya hücum edib.   

 

Terrorçular həmçinin qarşısına çıxan avtomobillərə ciddi zərər yetirib və yoldan keçən insanlara hücum ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR