Bank Of Baku

Çində torpaq sürüşməsi nəticəsində 8 fəhlə ölüb, 33-ü itkin düşüb - YENİLƏNİB

Çində torpaq sürüşməsi nəticəsində 8 fəhlə ölüb, 33-ü itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 09 may 2016 04:50 (UTC +04:00)

Bakı-APA.  Çində tikintidə baş verən torpaq sürüşməsi nəticəsində 8 fəhlə ölüb, 33-ü itkin düşmüş hesab edilir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Futszyan əyalətinin Taynin rayonunun Sanmin şəhər dairəsində baş verib.

 

İnsident nəticəsində fəhlələrin yaşadığı yataqxana torpaq altında qalıb. Hadisə yerində xilasedici əməliyyat davam edir. 

 

***

 

18:37

 

Bakı-APA. Bu gün Çinin cənub-şərqindəki Futszyan əyalətində torpaq sürüşməsi nəticəsində tikinti meydançasında 41 fəhlə itkin düşüb, 8 fəhlə xilas edilib.

 

APA-nın “Sinxua’ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 5 radələrində Futszyan əyalətinin Taynin rayonunun Sanmin şəhər dairəsində baş verib.

 

Sürüşmə nəticəsində torpaq kütləsi fəhlələrin yaşadığı yataqxananın üzərini örtüb. Hadisə yerində xilasedicilər, polis çalışır. Xilasedicilər sürüşmənin səbəbinin regiondakı güclü yağıntılarla əlaqədar olduğunu ehtimal edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR