Bakı-APA. Çində Tibet dağlarında turist avtobusunun uçuruma düşməsi nəticəsində 44 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, turistləri daşıyan avtobus digər nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra uçuruma yuvarlanıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.