Bank Of Baku

Çində yaşayış binasında partlayış baş verib, 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Çində yaşayış binasında partlayış baş verib, 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb
# 19 sentyabr 2016 05:02 (UTC +04:00)

Bakı-APA. Çinin Tzyansu əyalətində ikimərtəbəli yaşayış binasında partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Usi şəhərində qeydə alınan hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, dağıntılar altında qalanlar var. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub.

 

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR