Bank Of Baku

Çinin uyğur bölgəsində baş verən toqquşmalarda 21 nəfər ölüb

Çinin uyğur bölgəsində baş verən toqquşmalarda 21 nəfər ölüb
# 24 aprel 2013 14:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar vilayətində toqquşmalar baş verib. APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı 21 nəfər öldürülüb. Onlardan 15-i polis əməkdaşı və yerli hakimiyyət orqanların nümayəndələridir.

 

İnsident vilayətin Kaşqar şəhərində baş verib. Polisin əhali arasında silah axtarışı məqsədilə əməliyyat keçirməsi ciddi etirazlara səbəb olub. Çin hakimiyyət orqanları bu hadisələrin uyğurların müstəqilliyi uğrunda mübarizə aparan “Şərqi Türküstan İslam Hərəkəti” tərəfindən təşkil olunduğunu bildirir.

 

Qeyd edək ki, Sincan-Uyğur bölgəsində yerli uyğurlarla hakimiyyət nümayəndələri arasında tez-tez qanlı toqquşmalar baş verir. 2009-cu ildə baş verən hadisələr zamanı azı 200 nəfər öldürülmüşdü.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR