İyulun 10-14-də Cenevrədə keçirilən Suriya üzrə növbəti danışıqlar raundunda irəliləyiş əldə olunub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu danışıqların 7-ci raundunun başa çatması ilə əlaqədar BMT-nin xüsusi elçisi Staffan de Mistura bəyan edib.
“Biz müəyyən irəliləyişə nail olacağımızı gözləyirdik və belə də oldu. Lakin mühüm uğur və nəticələrdən danışmaq hələ tezdir”, deyə S.de Mistura bildirib.
Onun sözlərinə görə, danışıqların növbəti raundu bu ilin sentyabr ayında baş tutacaq.