Bank Of Baku

Dəməşq BMT TŞ-dən Suriya ordusuna endirilən zərbələri pisləməyi tələb edib

Dəməşq BMT TŞ-dən Suriya ordusuna endirilən zərbələri pisləməyi tələb edib
# 18 sentyabr 2016 01:58 (UTC +04:00)

Bakı-APA. Suriya hakimiyyəti  BMT Təhlükəsizlik Şurasına Deyr-əz-Zor şəhəri yaxınlığında Suriya ordusunun mövqelərinə endirilən zərbələri pisləməyi tələb edən iki məktub göndərib.  

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-dən bildirilib.

 

Suriya rəhbərliyi ABŞ-ın təcavüzkarlığını pisləməyi  və Vaşinqtondan Suriyanın suverenliyinə hörmətlə yanaşmağı tələb edib.  

 

Qeyd edək ki,  ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı  beynəlxalq koalisiyaya məxsus  aviasiyanın Suriya ordusunun  mövqelərinə zərbələr endirməsini etiraf edib.

 

Beynəlxalq koalisiyanın dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR