Bank Of Baku

Dəməşq yaxınlığında baş verən silahlı toqquşmada 40 nəfər ölüb

Dəməşq yaxınlığında baş verən silahlı toqquşmada 40 nəfər ölüb
# 29 aprel 2017 00:52 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşq yaxınlığında silahlılar arasında baş verən toqquşma nəticəsində azı 40 nəfər ölüb, 70-i yaralanıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qanlı qarşıdurma “Ceyş əl-İslam” və "Fəth əl-İslam" qruplaşmaları arasında baş verib.

 

Məlumata görə, döyüşlərdə 15 “Ceyş əl-İslam” və 23 "Fəth əl-İslam" silahlısı ölüb. Həmçinin 2 dinc sakinin həyatını itirdiyi bildirilir. İnsidentin səbəbləri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR