Bank Of Baku

Əfqanıstan hökuməti humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Əfqanıstan hökuməti humanitar yardıma görə Azərbaycana təşəkkür edib
# 05 may 2014 11:41 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Əfqanıstan Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökumətinə diqqət və  dəstəyinə görə öz minnətdarlığını bildirib: “Azərbaycan xalqı həmişə qardaş əfqan xalqının kədərinə və sevincinə şərik olub”.

 

Qeyd edək ki, mayın 2-də Əfqanıstanın şimalında - Sərpol, Fəryab və Cövzcan vilayətlərində baş vermiş sel daşqınları nəticəsində minlərlə insan ölüb, xeyli adam yaralanıb, yüzlərlə sakin evsiz-eşiksiz qalıb və minlərlə mal-qara tələf olub. Azərbaycan hökuməti də mayın 4-də Əfqanıstana humanitar yardım göndərib. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında göndərilən 122 tonluq humanitar yardıma qida məhsulları - duru yağ, makaron, şəkər tozu, qənd, düyü, çay, un, habelə ədyal, geyim əşyaları və digər zəruri tələbat malları daxildir.

 

Ümumi dəyəri 211 min 500 manat olan yardımı daşıyan təyyarə Əfqanıstanın Məzari-Şərif şəhərinin hava limanına enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR