Bank Of Baku

Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri saxlanılıb

Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri saxlanılıb
# 30 may 2016 18:13 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” hərəkatının liderlərindən biri sayılan Qarı Səlim saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın ölkənin şimal-şərqindəki Gündüz vilayətində keçirildiyi bildirilir.

 

Qarı Səlimlə yanaşı onu müşayiət edən daha 6 nəfər yaxalanıb. Əməliyyat zamanı iki silahlı məhv edilib, daha ikisi yaralanıb. Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir. “Taliban” hərəkatı baş verənlərlə əlaqədar, hələ ki, şərh verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR