Bank Of Baku

Əfqanıstanda “Taliban”çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb

Əfqanıstanda “Taliban”çıların  hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb
# 23 aprel 2017 23:45 (UTC +04:00)

Əfqanıstanın şimalında  “Taliban” radikal hərəkatının silahlılarının  hərbi bazaya hücumu nəticəsində azı 170 nəfər ölüb.

 

APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” qəzeti əfqan məmurlarına istinadən yazıb.

 

Bundan əvvəl Əfqanıstan müdafiə nazirliyi aprelin 21-də Balx əyalətində baş verən hücum zamanı ölən və yaralananların sayının 100-dən çox olduğunu bildirib. Müxtəlif mənbələr hadisə nəticəsində 130 nəfərin öldüyü barədə məlumat yayıb.

 

Məlumata görə, bu, 2001-ci ildən bəri “Taliban”çıların hərbçilərə qarşı həyata keçirdikləri ən irimiqyaslı hücumu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR