Bank Of Baku

Əfqanıstanda avtomobil partladılıb, azı 3 nəfər ölüb

Əfqanıstanda avtomobil partladılıb, azı 3 nəfər ölüb
# 14 sentyabr 2013 22:57 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda terrorçu-kamikadze tərəfindən idarə olunan avtomobil partladılıb, nəticədə azı 3 nəfər ölüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, partlayış Qəndahar aeroportunun yaxınlığında magistral yolda törədilib. Ölənlər arasında uşaqların olduğu bildirilir. Partlayış nəticəsində bir neçə insan yaralanıb. Ehtimallara görə, terrorçunun hədəfi Əfqanıstan və NATO hərbçilərinin növbə çəkdiyi nəzarət-buraxılış məntəqəsi olub, lakin naməlum səbəblərdən partlayış vaxtından tez baş verib. Ölənlərin hamısı dinc sakinlərdir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR