Bank Of Baku

Əfqanıstanda güclü zəlzələ baş verib

Əfqanıstanda güclü zəlzələ baş verib
# 10 aprel 2016 14:04 (UTC +04:00)

Bakı-APA. Bu  gün saat 13:28 radələrində  Tacikistan-Əfqanıstan sərhədində 6,2 maqnitudalı zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, bu barədə TASS-a Tacikistan Elmlər Akademiyasının Geofizika Xidmətindən məlumat verilib.

 

Zəlzələnin ocağı Düşənbədən 300 km cənub-şərqdə, Əfqanıstan ərazisində yerləşir. Zəlzələ Özbəkistan, Pakistan və Hindistanda da hiss edilib. Dağıntı və tələfatlar barədə məlumat daxil olmayıb.  

 

Bundan əvvəl Almaniyanın Yer Tədqiqatları Mərkəzi zəlzələnin  gücünün 6,8 bal olduğunu açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR