Öz raketini sınaqdan keçirmək və hərbi quruculuq ilə məşğul olmaq Çinin suveren hüququdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Çinin yeni raketin sınağı və iki ölkənin birgə dəniz təlimləri barədə danışarkən bildirib.
O, Çinin Asiya-Sakit Okean regionunda heç bir ölkəni və ya dünyanın heç bir dövlətini təhdid etmədiyini qeyd edib.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya-Çin birgə təlimləri heç kimə qarşı yönəlməyib.