Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün kəndə köçürülən 46 ailəyə evlərinin açarları təqdim edilib.
Ailələr əvvəlcə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirilib. Daha sonra keçirilən mərasimdə onlara evlərinin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 46 ailə, yəni 223 nəfər köçürülüb.
***
06.15
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə, ümumilikdə 223 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Şükürbəyliyə qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqların işğaldan azad olunmasına görə Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyiblər.