Bank Of Baku

Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
# 26 aprel 2014 18:59 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda prezident seçkilərində namizədlər tələb olunan 50 faiz səsi toplamadığından ikinci tur keçiriləcək.   

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu gün aprelin 5-də keçirilmiş səsvermənin ilkin nəticələri elan olunub. Məlumata görə, Əfqanıstanın keçmiş XİN rəhbəri Abdulla Abdulla 44,9% səs toplayıb, onun əsas rəqibi sabiq maliyyə naziri Əşrəf Qani isə seçicilərin 31,5 faizinin etimadını qazanıb.

 

Seçkilərin birinci turunun rəsmi nəticələri mayın 14-də, səsvermə zamanı pozuntular barədə müraciətlərə baxıldıqdan sonra elan olunacağı gözlənilir.  

 

İlkin nəticələrdə dəyişiklərin olmayacağı təqdirdə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR