Bank Of Baku

Əfqanıstanda seçki komissiyasının əməkdaşları girov götürülüb

Əfqanıstanda seçki komissiyasının əməkdaşları girov götürülüb
# 13 mart 2014 18:27 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Pakistanla həmsərhəd Nanqarhar əyalətində silahlı şəxslər seçki komissiyasının 4 əməkdaşını girov götürərək naməlum istiqamətdə aparıblar.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanda prezident seçkiləri aprelin 5-də keçiriləcək. Ölkə Konstitusiyasına görə, Əfqanıstanın hazırkı prezidenti Həmid Kərzay seçkilərdə 3-cü dəfə iştirak edə bilməz.  

 

Qeyd edək ki, bir müddət əvvəl “Taliban” hərəkatı Əfqanıstan vətəndaşlarını şəxsi təhlükəsizlikləri naminə aprelin 5-də seçki məntəqələrinə getməməyə çağırıb.  

 

Hərəkat nümayəndələri hesab edirlər ki, prezident seçkilərinin nəticələri ABŞ tərəfindən əvvəlcədən müəyyənləşdirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR