Bakı. Real Cəfərli - APA. “Türkiyə İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasını dəstəkləyir və bunun problemin tam nizamlanmasına müsbət təsir göstərəcəyinə inanır”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, bu razılaşma ən problemli mövzuların belə müzakirə yolu ilə həll edilə biləcəyini göstərdi: “Türkiyə İranın nüvə proqramı ilə bağlı həmişə diplomatiya yolunu dəstəkləyib. 2010-cu ildə Tehran razılaşmasının qiymətləndirilməməsi bir şanssızlıq idi. Budəfəki razılaşmanın problemin son həllinə yardımçı olacağına inanır və anlaşmanı dəstəkləyirik”.