Bakı. Real Cəfərli - APA. İran Ərak ağır su nüvə reaktorunun dizaynında dəyişiklik etməyə hazırdır.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər salehi bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran Ərak ağır su nüvə reaktorunda plutonium istehsalını daha da azalda və bu yolla narahatlıqları ortadan qaldıra bilər.
Qeyd edək ki, Ərak ağır su nüvə reaktoru İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində əsas mübahisəli mövzulardan biridir. Qərb İranın bu reaktorda kütləvi qırğın silahı üçün lazım olan plutonium istehsal etməsindən və bundan da nüvə bombası düzəltmək üçün yararlanmasından narahatdır.