Bank Of Baku

Əli Əkbər Salehi: “Yeni hökumətin İranın nüvə məsələsini həll ediləcəyinə inanıram”

Əli Əkbər Salehi: “Yeni hökumətin İranın nüvə məsələsini həll ediləcəyinə inanıram”
# 19 avqust 2013 07:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran prezidenti Həsən Ruhaninin nüvə məsələsini tamamilə həll edəcəyinə inanıram”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri, vitse-prezident Əli Əkbər Salehi deyib.

 

Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlərlə faydalanmaq məsələsində texniki və hüquqi istiqamətlər nizamlanıb: “Yeni hökumət nüvə məsələsində texniki və hüquqi ölçüləri öz üsulu ilə idarə edəcək. Ona görə də bu məsələnin həll ediləcəyi mövzusunda ümidliyəm”.

 

Ə. Salehi deyib ki, İran xalqına nüvə məsələsində təzyiqlərin göstərilməsi qəbuledilməzdir: “İran İslam Respublikasının nüvə mövzusundakı siyasəti ali dini liderin siyasəti və onun fətvası istiqamətindədir. Çünki ayətullah Seyid Əli Xamneyinin bu mövzuda verdiyi fətvada açıq şəkildə nüvə silahlarının istehsalı, yayılması və istifadəsi haram elan edilib”.

 

Qeyd edək ki, Ə.Salehi İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hökumətində 2.7 il xarici işlər naziri vəzifəsini icra edib. O, həmçinin 2009-2010-cu illərdə İran Atom Enerjisi Təşkilatının rəhbəri olub. Ə.Salehi İranın eks-prezidenti Məhəmməd Xatəminin hökumətində, yəni 1997-2005-ci illərdə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (ABEA) nümayəndəsi, Əliəkbər Haşimi Rəfsəncaninin hakimiyyəti zamanı isə elm, tədqiqat və texnologiya nazirinin müavini vəzifələrində çalışıb. O, 1949-cu ildə Kərbəla şəhərində anadan olub, 1968-ci ildə Beyrut-Amerikan Universitetində mexanika mühəndisliyi təhsili alıb. 1977-ci ildə ABŞ-ın M.İ.T. Universitetində nüvə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. O, 1982-1984 və 1989-1993-cü illərdə Tehran Şərif Sənaye Universitetinin rektoru olub.  Ə.Salehi yeni prezident Həsən Ruhani tərəfindən İran Atom Enerjisi Təşkilatının rəhbəri və vitse-prezident vəzifəsinə təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR