APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.
O, belə bir vəzifəni icra etdiyinə və ölkəsinə xidmət göstərdiyinə görə fəxr duyduğunu söyləyib. İranı AEBA-da kimin təmsil edəcəyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu günlərdə “Reuters” agentliyi İranın AEBA-dakı nümayəndəsinin dəyişəcəyi, Ə. Sultaniyənin öz vəzifəsindən geri çağırılacağı və onu bu postda başqa bir diplomatın əvəz edəcəyi barədə məlumat yaymışdı.