Bank Of Baku

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib
# 25 may 2014 13:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Əli Laricani yenidən İran parlamentinin sədri seçilib.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin daxili nizamnaməsinə əsasən, bu gün Rəyasət Heyəti, spiker, iki vitse-spiker, 6 katib və 3 nəzarətçi vəzifələrinə seçkilər keçirilib.

 

Əli Laricani 187 səslə yenidən İran parlamentinin sədri olub. Onun opponentləri Əhmədi Bəxşeyişi 32 səs, Bəhram Piranvənd isə 26 səs alıblar.

 

 Ə.Laricani bundan əvvəl 4 il VIII çağırış parlamentinin spikeri vəzifəsini icra edib və bundan sonra da daha üç il IX çağırış İran parlamentinə sədrlik edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR