Bank Of Baku

Əli Şəmxani: “İran və Ermənistan arasında çoxşaxəli isti münasibətlərə üçüncü amil təsir göstərə bilməz”

Əli Şəmxani: “İran və Ermənistan arasında çoxşaxəli isti münasibətlərə üçüncü amil təsir göstərə bilməz”
# 06 iyun 2016 14:43 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Qarabağ böhranının diplomatik yolla və danışıqlarla həllinə yardım etməyə hazırıq”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görşündə deyib. 
 

Ə. Şəmxani münaqişə tərəflərini  təmkinli olmağa çağırıb və regionda böhranın genişlənməsinin qarşısının alınmasının bölgə ölkələrinin xeyrinə olduğunu bildirib. O qeyd edib ki, İran İslam Respublikasının qonşulara baxışı müsbətdir: “Enerji, kənd təsərrüfatı, tranzit, yük daşımaları kimi sahələrdə müştərək əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirə bilər”.


Ə. Şəmxaninin sözlərinə görə, İran və Ermənistan arasındakı çoxşaxəli isti münasibətlərə heç bir üçüncü amil təsir göstərə bilməz: “İki ölkə  rəhbərlərinin iradəsi ölkələrimizin mənafeyi naminə əlaqələri ciddi formada inkişaf etdirmək yönündədir”.

 
E. Nalbanyan isə deyib ki, sanksiyaların ləğvindən sonra Ermənistanın İranla hərtərəfli əlaqələri inkişaf etdirməsi üçün zəmin yaranıb və ölkəsi bunda qərarlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR