Bank Of Baku

Ərdoğan NATO-ya xəbərdarlıq edib

Ərdoğan NATO-ya xəbərdarlıq edib
# 20 noyabr 2016 13:24 (UTC +04:00)

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə balı NATO-ya xəbərdarlıq edib.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.

 

R. T. Ərdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.

 

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR