Bank Of Baku

Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb

Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
# 07 iyul 2026 22:32 (UTC +04:00)

Macarıstanın dövlət mediasının yeni rəhbərliyi M1 xəbər telekanalının və Kossuth radiosunun yayımını müvəqqəti dayandırıb.

APA xəbər verir ki, bu barədə Macarıstan Dövlət Media Aktivlərinin Dəstəklənməsi və İdarə Olunması Fondunun (MTVA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki media qurumu hökumət təbliğatının yer almayacağı yeni formatda fəaliyyətini bərpa edəcək.

"Bundan sonra hər şey dəyişəcək. Son illərdə ictimai yayım siyasi hakimiyyətin təsiri altına düşərək əsas funksiyasını – cəmiyyətə obyektiv və etibarlı məlumat çatdırmağı itirib", – deyə açıqlamada qeyd olunub.

M1 telekanalının efirində qara fonda "İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik. İctimai televiziya gələcəkdə müstəqil və etibarlı media qurumuna çevriləcək. Xəbər yayımı müvəqqəti dayandırılıb" məzmunlu mesaj yayımlanıb.

Macarıstanın Baş naziri Peter Madyar bu qərarı alqışlayaraq bunu "tarixi gün" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR