Bank Of Baku

Ermənistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların əleyhinədir

Ermənistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların əleyhinədir
# 19 noyabr 2012 09:39 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyların əleyhinə olduğunu bildirib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, S. Sarkisyan deyib ki, Ermənistan İranla bütün sahələrdə əlaqələrin inkişafı və genişlənməsi üçün səy göstərir: “Ancaq amerikalı və avropalı tərəfdaşlarımız bundan heç də razı deyillər”.

 

Ermənistan prezidenti vurğulayıb ki, ölkəsinin Tehranla dostluğu strateji müttəfiqi olan Rusiya ilə münasibətlərinə zidd deyil: “Rusiya və MDB ölkələrinə inteqrasiyanın İran-Ermənistan əlaqələrinin inkişafına heç bir aidiyyatı yoxdur. Biz bu ölkələrlə əlaqlərin inkişaf etdirilməsini Tehranla münasibətlərin genişləndiriməsinə maneə kimi görmürük. Ermənistan İranla münasibətləri və mövcud əlaqələri gücləndirməyi qarşısına məqsəd qoyub. İki ölkə arasında əlaqələr genişlənir və Araz çayı üzərində Mehri Su-Elektirk Stansiyanın inşası da bunu bariz nümunəsidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR