Bank Of Baku

Ermənistan İranın bu ölkəyə bəzi məhsulların ixracına qoyduğu qadağanı qaldırmağa çalışır

Ermənistan İranın bu ölkəyə bəzi məhsulların ixracına qoyduğu qadağanı qaldırmağa çalışır
# 20 noyabr 2012 13:29 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli-APA. Ermənistan İranın bu ölkəyə bəzi məhsulların ixracına qoyulmuş qadağanı aradan qaldırmağa səy göstərir. APA-nın məlumatına görə, noyabrın 6-da Ermənistan hökuməti Xarici İşlər Nazirliyinə problemin həlli üçün İranla danışıqlara başlaması barədə göstəriş verib. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan problemin həlli üçün hansı addımların atıldığını və danışıqların hansı mərhələdə olduğunu açıqlamaq istəməyib.

 

Qeyd edək ki, İrandan 52 adda məhsulun xaricə, o cümlədən də Ermənistana ixracına qadağa qoyulub. İranın bu qadağaları nə vaxt qaldıracağı məlum deyil. İrandan Ermənistana ixracına qadağa qoyulmuş məhsullar sırasında polietilen, polipropilen, polistirol məhsulları da var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR