Bakı. Real Cəfərli - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İranda səfərdədir.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, E.Nalbandyan səfər çərçivəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və bu ölkənin digər rəsmiləri ilə görüşəcək.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər müzakirə ediləcək. Bu gün günortadan sonra o, İran prezidenti tərəfindən qəbul ediləcək və Ermənistan prezidentinin məktubunu iranlı həmkarına təqdim edəcək. Eyni zamanda İran və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.