Bank Of Baku

Fars körfəzi ölkələri vahid ordu, donanma və polis yaradır

Fars körfəzi ölkələri vahid ordu, donanma və polis yaradır
# 10 dekabr 2014 01:42 (UTC +04:00)

Bakı-APA.  Fars körfəzi ölkələri Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gələrək, vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul ediblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, müvafiq müddəalar görüşün yekun sənədində əksini tapıb.

 

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ daxildir.  

 

“Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Şura ölkələri bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradır”, deyə  Şuranın baş katibi Abdel Lətif əz Zəyyani  yekun bəyanatı təqdim edərkən bildirib.

 

Bundan başqa, ərəb monarxiyaları birləşmiş silahlı qüvvələrinin tabe olacağı və baş qərargahının Ər Riyadda yerləşəcəyi vahid hərbi komandanlığın yaradılması təklifini dəstəkləyiblər. Bölgənin vahid polis qüvvələrinin mərkəzi aparatı isə Əbu Dabidə fəaliyyət göstərəcək.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR