Bank Of Baku

Fatma Kərrubi: “Mehdi Kərrubinin durumu bir neçə cərrahiyyə əməliyyatından sonra daha da yaxşılaşıb”

Fatma Kərrubi: “Mehdi Kərrubinin durumu bir neçə cərrahiyyə əməliyyatından sonra daha da yaxşılaşıb”
# 10 aprel 2014 14:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən sayılan, üç ildən çoxdur ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin həyat yoldaşı ərinin son vəziyyətindən danışıb.

 

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Fatma Kərrubi bildirib ki, Mehdi Kərrubinin durumu bir neçə cərrahiyyə əməliyyatı həyata keçirildikdən sonra daha da yaxşılaşıb: “Hazırda həyat yoldaşım açıq havaya çıxmaq imkanından istifadə edə bilir. Əvvəllər Mehdi Kərrubinin övladları ilə görüşü təhlükəsizlik məmurlarının iştirakı ilə keçirilirdi. Ancaq indi belə deyil və bizim təhlükəsizlik məmurları ilə heç bir problemimiz yoxdur”.

 

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ancaq bu ilin yanvarında Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. Kərrubi peyk televiziyalarına baxa, internet və telefondan istifadə edə bilməz. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, Musəvi və Kərrubi tövbə etməyəcəkləri təqdirdə, onların işində heç bir irəliləyiş baş verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR