Bank Of Baku

Fələstin silahlıları İsrailə 83 raket zərbəsi endiriblər

Fələstin silahlıları İsrailə 83 raket zərbəsi endiriblər
# 15 noyabr 2012 03:50 (UTC +04:00)

Bakı-APA. İsraillə son hərbi münaqişə başlayandan bəri Fələstin silahlıları bu ölkəyə 83 raket zərbəsi endiriblər. Zərbələri İsrailin iri Beer-Şeva, Aşdod, Aşkelon, Sderot, Ofakim, Dimona şəhərlərinə endirilib. Sonuncu şəhərdə iri nüvə mərkəzi var. Zərbələr nəticəsində 2 nəfər yaralanıb. İsrail ordusu 25 raketin ələ keçirildiyi barədə məlumat verib. Qəzza zolağından 40 km məsafədə olan ərazidə məktəblərdə dərslər və ümumiyyətlə kütləvi tədbirlər ləğv olunub.

 

İsrailin dünəndən başladığı irimiqyaslı hücum nəticəsində 9 nəfər fələstinli qətlə yetirilib. Onların arasında körpə uşaq və HƏMAS-ın hərbi qanadının şefi Əhməd əl Cabari də var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR