Bank Of Baku

Filippində terrorçular məktəbliləri girov götürüb

Filippində terrorçular məktəbliləri girov götürüb
# 21 iyun 2017 08:24 (UTC +04:00)

Radikal islamçılar Filippində məktəblərdən birinə hücum ediblər.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular bir neçə şagirdi girov götürüb. Polisin məlumatına əsasən hücumda 300-ə yaxın silahlı şəxs iştirak edib,

 

Hadisə ötən həftə hökumət qüvvələri ilə radikallar arasında toqquşmaların baş verdiyi Mindanao adasında baş verib. 2016-cı ildə əsas ekstremist qruplaşmalar birləşərək bu adada İŞİD-in vilayətinin yaradılması barədə bəyanat veriblər. Mayın 23-də ölkənin Maravi şəhəri silahlılar tərəfindən tutulub. Terrorçular şəhərdə mövqelərini möhkəmlədərək zirzəmilər, tunellər və məscidlərə silah-sursat, ərzaq yığıblar. Hökumət qüvvələri bir aya yaxındır onları şəhərdən çıxarmağa çalışır. Filippin prezidenti Rodriqo Duterte Maravi şəhərini əla keçirən radikalların Mindanao narkobaronlarından dəstək aldığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR