Bank Of Baku

Manila aeroportunda Səudiyyə Ərəbistanına məxsus təyyarə yoxlanılır

Manila aeroportunda Səudiyyə Ərəbistanına məxsus təyyarə yoxlanılır
# 20 sentyabr 2016 11:07 (UTC +04:00)

Bakı – APA. Manila aeroportunda “Səudiyyə Ərəbistanı hava yolları” şirkətinə məxsus sərnişin təyyarəsində yoxlama aparılır.

 

APA-nın GMA News Online saytına istinadən verdiyi məlumata görə, buna səbəb pilotun təyyarədə təhlükəli vəziyyətin yaranması ilə bağlı xəbərdarlığı olub.

 

Təyyarə enməzdən öncə Manila aeroportunun dispetçerləri SV872 reysi ilə hərəkət edən avialaynerin təhlükə ilə üzləşdiyi barədə məlumat veriblər. Yerli mətbuat pilotun təyyarənin qaçırıla biləcəyi ehtimalı üzündən yardım istədiyini yazıblar.

 

Hadisə yerinə Filippin paytaxtı polisinin rəhbəri, habelə xüsusi təyinatlılar gəliblər.

 

Təyyarədə Məkkədən qayıdan zəvvarların olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR