Bank Of Baku

Fransa Suriyanın müxalifət koalisiyasını tanıyıb

Fransa Suriyanın müxalifət koalisiyasını tanıyıb
# 13 noyabr 2012 20:19 (UTC +04:00)

 

Bakı-APA. Fransa prezidenti Fransua Olland bəyan edib ki, Suriya müxalifətinin koalisiyası Suriya xalqının yeganə legitim təmsilçisidir. 

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Parisdə keçirilən brifinq zamanı Olland  bildirib ki, Fransa Suriya Müxalif və İnqilabi Qüvvələr Koalisiyasını (SMİQK) gələcək Suriya müvəqqəti hökuməti kimi tanıyır.  O deyib ki, SMİQK-u tanıyan dövlətlər Suriya müxalifətinin daha müasir silahla silahlandırması barədə düşünməyə məcbur olacaqlar.

 

Qeyd edək ki, dünən Ərəb Dövlətləri Liqası SMİQK-u  tanıyıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR